Bazar , 15 Noyabr 2026
Drone Cameras

Heydər Əliyev prospektində sürət həddi endirilib – FOTO

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.

Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.

(Report)

Check Also

Səfir: Britaniya şirkəti Naxçıvan şəhərinin baş planını hazırlayır.

Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı …