Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …