Bazar , 11 Yanvar 2026
Drone Cameras

Hikmət Hacıyev: “Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir”

“Landmine Monitor 2023″ Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir”.

Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.

“Ermənistan Azərbaycanın o zaman işğal olunmuş torpaqlarına milyonlarla mina yerləşdirib. Nəticədə 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub”, – Prezidentin köməkçisi qeyd edib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …