Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Hindistanın “MiQ-29” qırıcısı qəzaya uğrayıb

Hindistan Hərbi-Dəniz Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Ərəb dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

Boyukmillet.com  “Times of India”ya istinadən xəbər verir ki, bunu Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib.

Hadisə nəticəsində pilot itkin düşüb.

Ölkənin Hərbi-Dəniz Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Qırıcı “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıbmış.

Bildirilib ki, Hindistan donanmasında istismar edilən “Vikramaditya” (keçmiş SSRİ istehsalı olan “Admiral Qorşkov” aviadaşıyıcı) aviadaşıyıcında Rusiya istehsalı olan 36 “MiQ-29K” qırıcı var. Bundan başqa 65 “MiQ-29” qırıcı da mövcuddur.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …