Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Hollandiyadakı diaspor rəhbərinin polisə çağırılması Milli Məclisdə etirazla qarşılanıb

Milli Məclisin iclasında Hollandiyadakı Azərbaycan diasporunun rəhbəri İlhan Aşkının ermənilərin şikayəti əsasında polisə çağırılması ilə bağlı məsələ qaldırılıb.

 

APA-nın məlumatına görə, deputatQənirə Paşayeva bildirib ki, 2 il əvvəl mitinqdə Qarabağ məsələsinə dair çıxışı ilə əlaqədar İ. Aşkının ermənilərin sifarişi əsasında polisə çağırılması ədalətsizlikdir. Q. Paşayeva hesab edir ki, dünyadakı bütün azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderinə dəstək verməlidir.

Fazil Mustafa çıxışında deyib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidə qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: “Avropalılar gəlib, bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işi qaldırırlar. Biz ona dəstək olmalıyıq”.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.
 

Xatırladaq ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına Haaqa polisindən məktub daxil olub və oktyabrın 4-də onu polis şöbəsinə dəvət ediblər. Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə əlaqədar polisə şikayət daxil olub. 2014-cü il iyunun 1-də Almelo şəhərində keçirilən aksiyada çıxış edən İ. Aşkının “Qarabağ ermənilərə məzar olacaq” ifadəsi ermənilərdə narazılıq yaradıb.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir