Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Hörmüz boğazında gəminin raketlə vurulduğu deyilir

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib”, – agentlik “BeamTracker Military OSINT”dən sitat gətirib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin “Fars” agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …