Cümə , 14 Mart 2025
Drone Cameras

Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ (VİDEO)

Hüquq müdafiəçisi Novella Cəfəroğlu  sabiq deputat Hacı Qalib Salahzadə ilə bağlı Baş nazirin müavini Əli Əhmədova şikayət edib.

Unikal.org xəbər verir ki, 11 sentyabrda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada N.Cəfəroğlu bildirib ki, QMİ sədri olan Qalib Salahzadə vətəndaşların Bilgəhdəki torpaqlarını əlindən alaraq orada qaraj tikdirib:

“Məmurların özbaşınalığı hakimiyyətə inamsızlığa gətirib çıxarır. 28 nəfər ərizə yazıb, gətirib ki, Şeyxülislam Allahşükür Paşazadənin qudası torpaqlarımızı əlimizdən alıb. Vətəndaşların əllərində məhkəmə qərarı var ki, torpaqları geri qaytarılsın. Bu addımlar hamısı birbaşa prezidentə qarşı yönəlib. Prezidentin gördüyü yaxşı işləri bu cür məmurlar sıfıra endirir”.

Orxan Həsənli

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …