Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Hüsniyəni yazdığı statusa görə işdən çıxarıblar”

Müğənni Nura Suri AzTV-də efir qadağasına məruz qaldığını iddia edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Sənətçi, eyni zamanda aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını qeyd edib:

“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV məni “zapret”ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacağam. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz”.

“Qafqazinfo” mövzu barədə AzTV ilə əlaqə saxlasa da, kanal ittihamlara cavab verilməyəcəyini qeyd edib.

Qeyd edək ki, H. Məhərrəmova bir müddət əvvəl AzTV ilə yollarını ayırdığını, başqa bir sahədə çalışacağını bildirmişdi.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …