Bazar ertəsi , 20 May 2024
Drone Cameras

İçinizdə nəyə haqq qazandırısınızsa qazandırın, üzdə heç olmazsa öz dərdinizə ağlayın

Millət Vəkili Fazil Mustafa öz facebook hesabında maraqlı paylaşım edib.

Boyukmillet.com həmin paylaşımı təqdim edir:

Bəlkə kampaniya başladasınız! Duqun və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar.

Hər halda səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib. İçinizdə nəyə haqq qazandırısınızsa qazandırın, üzdə heç olmazsa öz dərdinizə ağlayın.

Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz doğru olmazmı? Tutar qatıq, tutmasa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti, Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya.
Fazil Mustafa

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …