Bazar , 25 Fevral 2024
Drone Cameras

İcma nümayəndəsi BMT-ni azərbaycanlıların Ermənistana qayıdışına dəstək verməyə çağırıb

Qərbi Azərbaycan İcması 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında təmsil olunub.

Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı cənab Şahin İsmayılov tədbirdə iştirak və çıxış etmişdir.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu Forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Forumda etdiyi çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların bir milli qrup kimi Ermənistandan tamamilə qovulduğunu və bu ölkənin mono-etnik məkana çevrildiyini qeyd edib.

Etnik və mədəni müxtəlifliyin qorunub saxlanmasının davamlı sülhün bərqərar olması və insan hüquqlarının aliliyi baxımından əhəmiyyətini qeyd edən Ş. İsmayılov, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu vurğulayıb.

İcmanın nümayəndəsi Forum çərçivəsində BMT üzv dövlətlərinin nümayəndələri, BMT-nin insan hüquqları təsisatlarının rəsmiləri və xüsusi məruzəçilərlə ikitərəfli görüşlər keçirərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların problemləri, onların Ermənistanda qalmış mədəni irsinin dağıdılması, İcmanın beynəlxalq hüquq çərçivəsində qayıdış hüququ istiqamətində həyata keçirdiyi səylər barədə məlumat vermişdir.

Check Also

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. …