Bazar ertəsi , 25 Sentyabr 2023

İlham Əliyev Putinlə telefonla danışdı

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …