Bazar , 4 Oktyabr 2026
Drone Cameras

İrəvanda Paşinyanın keçmiş arvadına gözlənilməz zərbə: Müxalifət Anna Akopyanı rədd etdi

Ermənistan Milli Məclisinin müxalifət fraksiyalarının rəhbərləri – “Güclü Ermənistan” fraksiyasından Narek Karapetyan və “Ermənistan” fraksiyasından Anna Qriqoryan – ölkənin baş nazirinin keçmiş həyat yoldaşı Anna Akopyanın görüş təklifini geri çeviriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, bir qədər əvvəl Anna Akopyan müxalifətçi qadın deputatları Ermənistan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklərin hazırlanmasına qoşulmağa açıq şəkildə çağırıb. Təşəbbüs məişət zorakılığının kriminallaşdırılmasına və onun ayrı-ayrı, müstəqil cinayət tərkibi kimi ayrılmasına yönəlib. Bu məsələni müzakirə etmək üçün Nikol Paşinyanın keçmiş həyat yoldaşı müxalifət bloklarının rəhbərləri ilə danışıqlar aparmağı təklif etmişdi.

Lakin müxalifət nümayəndələri təklif olunan müzakirələrdə iştirak etmək niyyətində olmadıqlarını rəsmən bəyan ediblər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …