Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İrəvandan Moskvaya NÖVBƏTİ TƏHDİD: Paşinyan Rusiya qazından İMTİNA EDƏ BİLƏCƏKLƏRİNİ açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan idxal olunan təbii qazın qiyməti və ölkənin energetika sektorundakı mövcud asılılıq barədə kəskin bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandıran Baş nazir Ermənistanda qazın ucuz olmadığını, sərhəddən istehlakçıya çatana qədər qiymətin kifayət qədər bahalaşdığını diqqətə çatdırıb.

Paşinyan vurğulayıb ki, İrəvan hökuməti energetika sahəsində Rusiya monopolyasını zəiflətmək və enerji mənbələrini şaxələndirmək niyyətindədir. “Ölkədə elə bir sahə yoxdur ki, biz orada diversifikasiya yolu ilə getməyək. Biz dövlətimizin müstəqilliyini möhkəmləndirəcək və dövlətçiliyimizi inkişaf etdirəcəyik” deyən Ermənistan lideri, konkret vəziyyətlərin adekvat cavablar tələb etdiyini bildirib.

O əlavə edib ki, əgər Rusiya tərəfindən qazın qiymətinin qaldırılması ssenarisi baş verərsə, İrəvan da öz növbəsində Moskvaya cavab olaraq hansı xidmət və ya resursların qiymətini artıracağını, yaxud bu vaxta qədər pulsuz təqdim olunan hansı imkanlara ödəniş tətbiq edəcəyini nəzərdən keçirəcək.

Check Also

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, …