Şənbə , 25 Aprel 2026
Drone Cameras

İran ABŞ blokadasını POZDU

Avropa İttifaqına məxsus “Sentinel-1” peykindən bazar ertəsi alınan görüntülər Xarq adasındakı estakadada təxminən 2 milyon barel neft daşıma qabiliyyətinə malik çox böyük bir tankerin lövbər saldığını nümayiş etdirir.

Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, şənbə günü çəkilmiş əvvəlki fotolarda adada heç bir gəmi müşahidə olunmayıb.

“JPMorgan Chase & Co” analitikləri hesab edirlər ki, ABŞ-nin bu addımları tankerlərin hərəkəti tam məhdudlaşdırılacağı təqdirdə, İranı hasilatı azaltmağa məcbur edəcək.

Ekspertlərin fikrincə, bu proses ixrac həcmini yalnız maliyyə baxımından deyil, həm də mexaniki olaraq məhdudlaşdıracaq. Bu isə qeyri-qanuni ticarət üçün imkanları daraldaraq İranın istehsal gücünü zəiflədəcək.

Buna baxmayaraq, “FGE NexantECA” konsaltinq şirkətinin hesabatında qeyd olunur ki, sözügedən proses sürətlə baş verməyəcək. İranın hazırda 90 milyon barellik ehtiyat anbarları mövcuddur. Bu isə rəsmi Tehrana imkan verir ki, ABŞ blokadası ixracı tam dayandırsa belə, gündəlik təxminən 3,5 milyon barel olan hasilat səviyyəsini daha iki ay qoruyub saxlasın.

Check Also

Tramp qondarma genosid əvəzinə Ermənistanla tərəfdaşlıqdan danışdı

ABŞ prezidenti Donald Tramp 24 aprel münasibətilə açıqlamasında yenə də “genosid” ifadəsini işlətməyib. Boyukmillet.com ABŞ …