Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İran ABŞ-nin Bəhreyndəki bazalarına raketlər və dronlar buraxıb

İran ABŞ-nin ölkənin hədəflərinə endirdiyi zərbələrə cavab olaraq onun Bəhreyndəki bazalarına raketlər və dronlar buraxıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Mehr” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

“ABŞ qoşunlarının İranın cənubundakı hərbi və mülki ərazilərə zərbələr endirməsindən, eləcə də memorandumun müddəalarını pozmasından sonra İran ordusunun zərbə pilotsuz uçuş aparatları bu gün səhər saatlarından Bəhreyndə yerləşən bazaya hücum edir. Bölgədəki bütün ABŞ bazaları qanuni hədəflərə çevriləcək”, – məlumatda bildirilib.

Xarici medianın məlumatına görə, Bəhreyndə son saatlar ərzində artıq üçüncü dəfədir ki, sirenalar səslənib. Krallığın Daxili İşlər Nazirliyi sakinləri yenidən ən yaxın təhlükəsiz yerlərə getməyə çağırıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …