Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran ABŞ-yə xəbərdarlıq edib

Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasının efirində danışıb.

“Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək”, – deyə o, bildirib.

Rzayi vurğulayıb ki, bu halda Tehran təkcə münaqişə zonasındakı ABŞ bazalarına deyil, həm də ondan kənarda yerləşən bazalara hücum edəcək.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …