Çərşənbə axşamı , 24 Mart 2026
Drone Cameras

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi İl-76 təyyarəsi Moskva vilayətində yerləşən Jukovski hava limanından Bakıya yola düşüb.

Məlumata görə, təyyarənin əsas məqsədi İran ərazisini quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edərək Azərbaycana daxil olan Rusiya vətəndaşlarının ölkələrinə daşınmasını təşkil etməkdir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, son günlər İran ətrafında hərbi-siyasi gərginliyin artması bir sıra ölkələri öz vətəndaşlarının təxliyəsi üçün operativ tədbirlər görməyə vadar edib. Azərbaycanın tranzit ölkə kimi rolu bu prosesdə yenidən ön plana çıxır.

Check Also

ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir

ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı …