Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında “gəmiçilik qaydalarını pozan” iki xarici gəmini saxlayıb.

Boyukmillet.com xəbər verir ki, gəmilər artıq İran sahillərinə doğru yönləndirilib.

SEPAH komandanlığının bəyanatına görə, “MSC-FRANCESCA” və “EPAMINODES” adlı gəmilər zəruri icazə olmadan hərəkət etdikləri və naviqasiya sistemlərinə müdaxilə etdikləri üçün saxlanılıblar.

İran tərəfi iddia edir ki, bu hərəkətlər dənizçiliyin təhlükəsizliyini ciddi risk altına qoyub.

Rəsmi bəyanatda həmçinin vurğulanıb ki, Hörmüz boğazında asayişin və təhlükəsizliyin pozulması İran üçün “qırmızı xətt” hesab olunur.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …