Çərşənbə axşamı , 28 Aprel 2026
Drone Cameras

İran Hörmüzlə bağlı yeni qanun HAZIRLAYIR

İran rəsmiləri Hörmüz boğazından keçid qaydalarını tənzimləyən yeni qanun layihəsi üzərində işləyirlər.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi məlumat verib.

Yeni sənədə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəminin boğazdan keçməsinə icazə verilməyəcək.

Layihədə həmçinin Panama kanalı modelinə bənzər bir sistemin tətbiqi nəzərdə tutulur. Bura gəmilərin icbari qaydada İran sığorta şirkətləri vasitəsilə sığortalanması, keçid haqqı və ekoloji rüsumun ödənilməsi daxildir.

Hesablaşmaların həyata keçirilməsi üçün artıq xüsusi maliyyə strukturu yaradılıb və rial, yuan, dollar, eləcə də avro hesabları açılıb. Perspektivdə isə milli rəqəmsal valyuta dövriyyəyə buraxıldıqdan sonra bütün ödənişlərin tamamilə İran rialı ilə aparılması planlaşdırılır.

Check Also

Rusiyadan Ermənistana SƏRT QADAĞA – Məhsullar mağazalardan YIĞIŞDIRILIR

Rusiyanın “Çestnıy znak” dövlət markalanma sistemi Ermənistandan idxal edilən “Cermuk” mineral sularının mağazalarda satışını dayandırıb. …