Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektlərinə hücum etdiyini bəyan edib

ABŞ və İsrail dünən İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Rza Nəcəfi jurnalistlərə bəyan edib.

“Dünən onlar yenidən İranın zəmanət altında olan dinc məqsədli nüvə obyektlərinə hücum ediblər”, – o bildirib.

Nəcəfi xüsusilə Natanzdakı nüvə obyektinin zədələndiyini vurğulayıb. Həmin kompleks ötən ilin iyununda da ABŞ və İsrailin avizəzərbələrindən zərər görmüşdü.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …