İğdır-Naxçıvan qaz xətti layihəsi strateji baxımdan əhəmiyyətli olduğu qədər, iqtisadi baxımdan da faydalıdır.
Boyukmillet.com xəbər verir ki, bu sözləri türkiyəli professor Gürkan Kumbaroğlu “Yeni Şəfəq” qəzetinə deyib.
“Yeni boru kəməri ilə Naxçıvanın qazı artıq Türkiyədən gələcək. Bunun regional əhəmiyyəti var. Naxçıvan enerji baxımından İrana bağlı idi, amma bu layihə sayəsində İran Dağlıq Qarabağdan sonra Naxçıvan tənliyindən də çıxarılır. Naxçıvan Türkiyənin türk dünyasına açılan qapısıdır. Türk dünyasına inteqrasiyanı həyata keçirən bir qapıdır.
Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında imzalanan razılaşmada Naxçıvanla Azərbaycanı birləşdirən koridorun yaradılması nəzərdə tutulur. Bu baş verərsə, həm Azərbaycanla Naxçıvan arasında nəqliyyat təmin ediləcək, həm də Xəzər dənizindən Türkiyəyə boru kəməri 300 km-ə qədər qısalmış olacaq”, – professor bildirib. (axar.az)