Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb

İran hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin qərb hissəsində hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan məlumat verib.

“Təhlükəsizlik qiymətləndirməsindən və NOTAM-ın dərc edilməsindən sonra ölkənin qərb hava məkanı qeyri-müəyyən müddətə bağlanıb”, – deyə o əlavə edib.

Əhvan İran sakinlərini lazımsız yerə hava limanlarına getməməyə və uçuş məlumatlarını media vasitəsilə izləməyə çağırıb.

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …