Bazar , 4 Oktyabr 2026
Drone Cameras

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca sərt açıqlamalarla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, Nikzad xüsusilə ABŞ prezidenti Donald Trampı hədəf alaraq, intiqam alınmayana qədər geri çəkilməyəcəklərini vurğulayıb.

“Ali Liderin qanının intiqamını almayınca Trampın yaxasını buraxmayacağıq. Bu, İrana qarşı qurulmuş ən ağır sui-qəsd idi, lakin onlar öz çirkin məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər”, – deyə parlament rəsmisi qeyd edib.

Nikzad həmçinin strateji əhəmiyyət kəsb edən su yolları və diplomatik münasibətlər barədə də son nöqtəni qoyub.

O bildirib ki, Hörmüz boğazı heç vaxt açılmayacaq və hər hansı danışıqlardan söhbət gedə bilməz. İran tərəfi bu məsələdə güzəştsiz mövqe nümayiş etdirməkdə qərarlıdır.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …