Cümə , 27 Fevral 2026
Drone Cameras

İran və Rusiyanın Türkiyədəki səfirləri XİN-ə çağırıldı

Rusiyanın və İranın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Boyukmillet.com Türkiyənin Daily Sabah qəzetinə istinadən xəbər verir ki, buna səbəb, Suriyanın hökumət qüvvələrinin İdlibdəki deeskalasiya zonasında atəşkəs rejimini pozması ilə əlaqədardır.

Ankara diplomatlardan təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

Rusiya və İranın Ankaradakı Səfirlikləri məlumatı şərh etməyib.

 

Boyukmillet.com

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir