Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib.

Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə 230 pilotsuz uçuş aparatı buraxıb.

Bəyanatda bu hücumların müharibə zamanı atılmış “ilk qətiyyətli addımlardan biri” olduğu bildirilir.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …