Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib

İran ABŞ və İsrailin daha əvvəl ölkə ərazisindəki raket istehsalı müəssisələrinə endirdiyi zərbələrə baxmayaraq, yeraltı zavodlarda ballistik raketlərin istehsalını yenidən bərpa edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzet ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən yazır ki, İran yeraltı müəssisələrdə əvvəlcədən topladığı komponentlərdən istifadə etməklə ballistik raketlərin istehsalını yenidən başlayıb.

Məlumata görə, Tehranın şərqində yerləşən Xocir də daxil olmaqla, bir sıra yeraltı obyektlərdə aktivlik müşahidə olunur. İranlı mütəxəssislər həm buraxılışdan əvvəl yanacaqla doldurulması tələb olunan raketləri, həm də döyüşə dərhal hazır vəziyyətdə olan modelləri yığırlar.

Bundan başqa, İran hakimiyyətinin raket istehsalı üçün yeni yeraltı komplekslər inşa etməyə çalışdığı bildirilir.

ABŞ və regional rəsmilərin qiymətləndirməsinə görə, İran hazırda əsasən hərbi əməliyyatlar başlamazdan əvvəl, fevral ayında ehtiyatda saxladığı hissələrdən raketlər yığır.

ABŞ rəsmilərindən biri İranın Vaşinqton və Tehran arasında iyunun 17-də qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra istehsalı aşağı templə bərpa etdiyini ehtimal edib.

Onun sözlərinə görə, Tehran mövcud ehtiyatlardan istifadə etməklə ən azı 200 raket yığmaq imkanına malik olub.

Check Also

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, …