Cümə , 20 Mart 2026
Drone Cameras

İranda izdihamlı hökumətpərəst nümayişlər keçirilib

İranda etirazların ardınca hökumət tərəfdarlarının nümayişləri təşkil olunub.

Dövlət televiziyası müxtəlif bölgələrdə keçirilən yürüşlərə on minlərlə adamın qatıldığını xəbər verir.

Gecə ərzində müxtəlif yerlərdə etiraz çıxışları davam edib. Onlar barədə sosial mediada xəbər verilir.

İran hökuməti mitinqlərin təşkilində xarici qüvvələri ittiham edir.

Ötən cümə axşamı günü şərqdəki Məşhəd şəhərində başlayan etiraz mitinqləri ölkə boyu yayılıb.

Bu, 2009-cü il mübahisəli prezident seçkilərindən sonra İranda baş verən ən irimiqyaslı etiraz çıxışlarıdır.

 

Boyukmillet.com

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir