Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İranın dəniz ticarəti dayanıb: 125 gəminin hərəkətinə imkan verilməyib

İranın dəniz blokadası bərpa olunduğundan bəri, ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 125 ticarət gəmisinin hərəkətinin qarşısını alıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) yayıb: “30 sentyabr tarixinə CENTCOM qüvvələri müəyyən edilmiş qaydalara ciddi şəkildə riayət olunmasını təmin etmək üçün 125 ticarət gəmisini yönləndirib”.

Bildirilir ki, təkcə son yeddi gündə ABŞ ordusu 10 ticarət gəmisini ələ keçirib.

Qeyd edək ki, İran rəsmiləri son günlərdə dəfələrlə neft ixracı bərpa olunmasa, Yaxın Şərqdən heç bir ölkəni neftinin ixracına imkan verməyəcəklərini bəyan ediblər.

Check Also

Gələn il dövlət büdcəsində hansı dəyişikliklər olacaq?

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat təşkil …