Bazar ertəsi , 27 May 2024
Drone Cameras

İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək

İsrail rejimi və onun silahdaşları yenidən hərəkətə keçsələr, onlara daha ciddi şəkildə cavab veriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Onun sözlərinə görə, İsrailə qarşı əməliyyat başa çatsa da, İran yeni zərbələrə cavab vermək hüququnu özündə saxlayır.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Check Also

Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb

“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi …