Çərşənbə , 1 May 2024
Drone Cameras

İranın saxta ideologiyasına sığınmaq istəyən hər bir şəxs bilməlidir ki…

İlham İsmayılov: “İran-Azərbaycan arasında yarana biləcək hər hansı qarşıdurmada İranın öz içərisində milyonlarla soydaşımız İran üçün sözün əsl mənasında ona qarşı çevrilən amansız bir ordu olacaq”

Son günlər İranın Azərbaycana qarşı təxribatları davamlı şəkil alıb. İki gün öncə İran İslam Respublikasına məxsus hərbi təyyarə bir neçə dəfə fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirərək, sərhədlərimizdə yenidən təxribat törətdi, açıq şəkildə ölkəmizi təhdid etdi.

Buna cavab olaraq dünən ölkəmizdə İranın cəsuş şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirildi, İranın növbəti agentura şəbəkəsi ifşa olundu. Bəs İran bu təhdidlərilə nəyə nail olmaq istəyir? İranın bu cür təxribatlar törətməkdə məqsədi nədir?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, İranın Azərbaycana qarşı törətdiyi təxribatlar yalnız son illərdə baş verməyib. “Ermənistan Azərbaycan torpaqlarını işğalda tutduğu otuz ilə yaxın bir vaxt ərzində də İranın təxribatları davam edirdi. Sadəcə həmin illərdə İran Ermənistana bu və ya digər şəkildə yardım etməklə daha çox ön planda görünmək istəmirdi. Bir neçə dəfə təxribata cəhd etsədə, qardaş Türkiyənin açıq şəkildə dəstəyini görüb geri oturmuşdu. Lakin 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, işğalçı Ermənistanı kapitulyasiyaya məcur edəndən sonra İran öz iç üzünü daha aydın şəkildə göstərməyə başladı. Bizim sərhədlərimizdə genişmiqyaslı təlimlər keçirməklə açıq təhdidlərə başladı. Zəngəzur dəhlizinin açılmasına qarşı gələrək, Qafan şəhərində konsulluq açmaqla kommunikasiyaların açllmasına qarşı olduğunu göstərdi. Əvvəllər Ermənistanın arxasında gizlənən və düşmənçiliyini bu cür göstərən İran Azərbaycanın Zəfərindən sonra tam açıq müstəvidə özü düşmənçiliyini göstərməyə başladı”

İlham İsmayılov istisna etmir ki, İran bundan sonra da təhdidlərini davam etdirəcək: “Bir aydan çoxdur ki, Türkiyədə əsrin ən böyük zəlzələləri baş verib, qardaş Türkiyədə bu gün ciddi problemlər yaşanır. Üstəlik mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri də ölkədə fərqli atmosfer yaradıb, ölkə daxilində müəyyən proseslər gedir. Belə məqamda Türkiyənin başı daha çox öz daxili problemlərinə qarışıb. İran təbii ki, bu məqamları da fürsətə döndürməyə çalışa bilər və təxribatlarına davam edə bilər. Zatən hərbi təyyarə ilə sərhədimizi pozmağa cəhdin arxasında da İranın “cəsarətləndiyini” görmüş oluruq. Lakin İran unutmamalıdı kı, onun sərhədlərimizdə törətmək istədiyi hər hansı bir hərbi təxribatın qarşısını almaq üçün Azərbaycanın güclü və modern texnologiya ilə təchiz olunmuş mütəşəkkil ordusu var. Üstəlik, İran-Azərbaycan arasında yarana biləcək hər hansı qarşıdurmada İranın öz içərisində milyonlarla soydaşımız İran üçün sözün əsl mənasında ona qarşı çevrilən amansız bir ordu olacaqdır.

Hesab edirəm ki, bzi İranın təxribatlarının qarşısının alınmasında ölkəmizin içərisində daha çox fikir verməliyik. Necə ki, bu addımlar atılır və dünən də İranın cəsus şəbəkəsinin böyük bir qismi ifşa olundu. Biz çalışmalıyıq ki, İranın ölkəmizin içərisində yaymaq istədiyi ideolojisini tam bloklayaq və onu Azərbaycan vətəndaşlarının beyin yumasına imkan verməyək”.

İlham İsmayılov cənubda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına da diqqət çəkərək, bildirib ki, bu gün İranın dini ideologiyasının təsiri altına düşən hər bir şəxs baxmalıdır ki, İran 40 milyonluq azərbaycanlıya hansı münasibəti göstərir. “iki yüz ildir ki, İran soydaşlarımızın fundamental bütün hüquqlarını pozub və onları öz dillərindən, kimliyindən məhrum etməyə çalışır. Bu tamam ayrı bir mövzudur ki, ümumiyyətlə İran insan hüquqlarına hörmət etmir və bu hüquqları ümumiyyətlə tanımır.Bu gün İranı dünyanın sivil bir parçası belə zənn etmək mümkün deyil. Ona görə də İranın saxta ideologiyasına sığınmaq istəyən hər bir şəxs bu məsələləri göz önünə gətirməlidi və nəticə çıxarmalıdı. Bilməliyik ki, İranın bizimlə ədavətinin uzun bir tarixi var və bu davam edəcəkdir. Bu o vaxta qədər davam edəcəkdir ki, İran sonunda 40 milyonluq soydaşımızın hüquqlarını tanıyacaq və qonşularla normal münasibət sərgiləyəcək”.

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …