Çərşənbə , 21 Oktyabr 2026
Drone Cameras

İraq İranla sərhəd keçid məntəqələrini bağladı

İraq hökuməti İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini “növbəti xəbərdarlığa qədər” bağlayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Shafak News yayıb.

Bildirilir ki, bu addım Bağdadın “Səudiyyə Ərəbistanına sentyabr ayında İraq ərazisindən həyata keçirilən hücumlarda Tehranın iştirakına dair sübutları”ndan sonra atılıb.

Mənbəyə görə, İranla sərhəd keçid məntəqəsinin bağlanması əmri şəxsən Baş nazir Əli əl-Zeydi tərəfindən verilib. İraq hakimiyyəti hesab edir ki, İranı yalnız Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə edilən hücumda iştirak etməyib, həm də sərhəd ərazilərinə dronların yığılması üçün komponentlər idxal edib və bu komponentlər daha sonra Səudiyyə Ərəbistanına hücumlar üçün istifadə edilib.

İraq və İran rəsmiləri hələlik bu məlumatla bağlı şərh verməyiblər.

Xatırladaq ki, Şərq-Qərb neft kəmərinə hücum 11 sentyabrda baş verib.

Növbəti gün, 12 sentyabrda İraqın baş naziri, boru kəmərinə hücum edən PUA-ların İraq ərazisindən atıldığını təsdiqlədikdən sonra Maysan əyalətinin əməliyyat komandanlığının komandirini vəzifəsindən azad edib.

Check Also

Mirzoyandan TRIPP ilə bağlı DİQQƏTÇƏKƏN AÇIQLAMA

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan TRIPP  layihəsi çərçivəsində nəzərdə tutulan bəzi infrastruktur xətlərinin, xüsusilə …