Cümə , 26 Aprel 2024
Drone Cameras

İraqda terrorçular məhv edildi

Türkiyənin Hərbi Hava Qüvvələrinin bölmələri İraqın şimalında Qara ərazisində PKK-nın dörd terrorçusunu məhv edib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Əməliyyat Türkiyənin kəşfiyyat xidməti ilə əlaqəli şəkildə keçirilib.

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra qanlı cinayətlər həyata keçirib. Bu təşkilat tərəfindən Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşı və 6 800 dinc sakini öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …