Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İraqın qaz yatağında bombardmandan sonra yanğın başlayıb

İraq Kürdüstanının (Şimali İraq) Süleymaniyyə vilayətinin Çamçamal rayonunda yerləşən qaz yatağında naməlum silahlılar tərəfindən həyata keçirilən hücumdan sonra güclü yanğın baş verib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Shafaq News” informasiya portalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Hormor yatağı bombalanıb, nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib, ərazidə yanğın sirenaları səslənir. Maddi zərərin miqyası hələ məlum deyil.

“Əl-Ərəbiyyə” telekanalı pilotsuz təyyarənin Hormoru vurduğunu iddia edib.

Check Also

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu …