Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İş adamı ABŞ prezidentinin İraq üzrə xüsusi elçisi təyin edildi

ABŞ prezidenti Donald Tramp iş adamı Mark Savayanı İraq üzrə xüsusi nümayəndəsi təyin edib.

Boyukmillet.com bildirir ki, ABŞ lideri bu barədə “Truth Social”da məlumat verib:

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Mark Savaya İraq Respublikası üzrə xüsusi nümayəndə olacaq”.

O əmin edib ki, Savaya ABŞ və İraq arasındakı münasibətləri dərindən anlayır və regionda əlaqələri var:

“Mark mənim Miçiqandakı kampaniyamda əsas rol oynayıb, burada o və başqaları səsvermədə müsəlman amerikalıların rekord dəstəyini təmin etməyə kömək ediblər”.

Savaya marixuana əsaslı müxtəlif məhsulların istehsalı və yayılması ilə məşğul olan Leaf and Bud şirkətinin yaradıcısıdır.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …