Cümə , 29 Mart 2024
Drone Cameras

İSBAM Qadınlar Şurasından Şəhid Analarına anlamlı ziyarət

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İSBAM Qadınlar Şurası bir qrup şəhid və qazi ailələrində olub.
Ailələrdə keçirilən görüşlərdə İSBAM Qadınlar Şurasının sədri Mətanət Musayeva çıxış edərək, onları bayram münasibəti ilə təbrik etmiş, şəhid və qazilərimizin vətən uğrunda göstərdiyi xidmətlərdən söz açmışdır. Sonra ” Dövlət və Qanun” qəzetinin baş redaktoru və İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı və BOYUKMİLLET.COM informasiya portalının redaktoru Sima Babayeva da öz təbriklərini edərək , dövlət və ictimaiyyət nümayəndələrinin şəhid və qazilərə qayğısının vətənpərvərlik ruhunun yüksəlməsinə təsir etdiyini qeyd etdilər. Bayram ziyarətində İSBAM sədri Samir Adıgözəlli də iştirak etmişdir.
O, şəhid və qazi ailələrindəki xanımları təbrik edərək, dövlətin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.Daha sonra İSBAM Qadınlar Şurasının hazırladığı hədiyyələr və sovqatlar ailələrə təqdim edilmişdir. Ziyarət edilən şəhid anaları və qazi xanımları bu xoş təşəbbüsə görə ,İSBAM rəhbərliyinə və Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …