Cümə , 19 Aprel 2024
Drone Cameras

İSBAM Şəhid Analarını Təbrik Etdi

Ölkəmizdə 8 mart Beynəlxalq qadınlar günü mühüm bayramlardan biri kimi deyərləndirilir.”Qadınlar günü təkcə qadınların deyil, həmdə qadınları təbrik edən kişilərin bayramıdır”.Bu fikirləri Boyukmillet.com-a İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) qadınlar şurasının sədri Mətanət Musayeva bildirib. Mətanət xanım açıqlamasında qeyd edir ki, ”kiməsə sevinc bəxş etmək, ona məxsus olan günü qeyd etmək,həmin günün xoş əhvalını daha da artırmaqla iştirak etmək hər kəsə zövq verən işdir. Burada xüsusi ilə söhbət qadınlardan və onlara məxsus özəl günlərdən söhbət gedirsə təbii ki dəyərləndirmə fərqlənəcəkdir. Bu gün Azərbaycan qadınları ictimai, siyasi,iqtisadi, sosial-mədəni və.s məsələlərdə fəal və ön cərgədə addımlayırıq”. Mətanət Musayeva fikirlərini davam etdirərək bildirir ki, “ölkəmizdə qadına dövlət həyatının vacib iştirakçısı ictimai və iqtisadi proseslərin bərabər hüquqlu üzvi mənəvi dəyərlərimizin və ailə ocağının dəyəri kimi yanaşılır.Ümümlider Heydər Əliyev də qadın amilinə və müxtəlif növ xarakter roluna məhz yuxarda qeyd etdiyim aspekden yanaşırdı. Bu gün cənab prezident İlham Əliyev də məhz ulu öndərin Azərbaycan cəmiyyətində qadına verdiyi dəyəri öz fəaliyyətində davam etdirməkdədir. Birinci xanım Mehriban Əliyevanın səmərəli fəaliyyəti ölkəmizin tale yüklü məsələlərində böyük töhfələr verməkdədir.Xalq tərəfindən onun fəaliyyəti böyük rəğbətlə qarşılanır.Ən əsasıda bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadınını layiqincə təmsil etməkdədir.Hesab edirəm ki,ölkəmizin əldə etdiyi nailiyyətlər hər tərəfli qanun bazası imkan verir ki qadınlar iqtisadi, siyasi, sosial, humanitar və digər sahələrdə kişilərlə bərabər hüquqlu uğurlar qazansınlar.Fürsətdən istifadə edib İSBAM qadınlar şurası adından bütün Azərbaycan və türk dünyası qadınlarını xüsusi ilə şəhid analarını 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.”

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …