Şənbə , 21 Dekabr 2024
Drone Cameras

İslamiadanın idmançı və ulduz səfirləri açıqlanıb – SİYAHI

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.

“Report”un məlumatına görə, onları Oyunların Əməliyyat Komitəsi bir araya gətirib.

Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011″in qalibi Mirələm Mirələmovdur.

İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək.

Təqdimat mərasimi “Qrassroots” proqramı çərçivəsində baş tutub. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulub. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.

Qeyd edək ki, idmançı və ulduz səfirlər Oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı, geriyə sayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında İslamiadanın təbliğinə dəstəyi təmin edəcəklər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir