Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İslamofobiya bütün Çexiyanı bürüyüb

Polisin məlumatına görə, Praqada keçirilmiş Svyatvatslov nümayişində təxminən 250 nəfər iştirak edib. Nümayişin təşəbbüsçüləri ÇTK agentliyinə bildiriblər ki, bu tədbir Avropanın islamlaşdırılmasına qarşı ümumavropa etirazları çərçivəsində təşkil edilib. “PEQİDA” hərəkatının Britaniya bölməsinin rəhbəri Tommi Robinson Praqada keçirilən mitinqdə deyib: “Biz irqçiliyin və zorakılığın əleyhinəyik”. Lakin o, islam ilə zorakılıq arasında nə əlaqə olduğunu izah etməyib.

“Usvit” hərəkatı və dünya dinlərinə qarşı blok tərəfindən Plzen və Most şəhərlərində təşkil edilmiş manifestasiyalarda təxminən 400 nəfər iştirak edib, Ostrava şəhərindəki nümayişin iştirakçılarının sayı isə 100 nəfərə yaxın olub. Çıxış edənlər Çexiya Respublikası hökumətinin və Avropa İttifaqının siyasətini tənqid ediblər. Ostravada “Ustvit” hərəkatının sədri Miroslav Lidinski Boquslav Sobotkanın başçılıq etdiyi nazirlər kabinetini AFR kansleri Angela Merkel ilə “kollaborasionist” əlaqədə təqsirləndirib.

 

http://azertag.az/

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir