Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

İsmayıl Ağayev: “ÜAK-ın qeydiyyatının ləğvi Rusiya ilə münasibətlərə xələl gətirə bilər”

Bu fikirləri Beynəlxalq Diaspor Mərkəzinin sədri, dr. İsmayıl Ağayev boyukmillet.com-a açıqlamasında bildirib.

 “Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) həm Rusiyada yaşayan azərbaycanlılar üçün, həm də ümumdiasporumuz üçün mühüm təşkilatlardan biridir. ÜAK daim Rusiyanın qanunlarına hörmətlə yanaşıb, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına xüsusi töhfələr verib. Rusiyanın demək olar ki, bütün nümayəndəliklərində fəaliyyət göstərən ÜAK-a həm Rusiya, həm Azərbaycan rəhbərliyi daim rəğbətlə yanaşmışdır. Sənədlərdə kiçik hüquqi bəhanələr gətirərək, ədliyyə nazirliyi tərəfindən ÜAK-ın bağlanması ilə bağlı məhkəməyə müraciət edilməsi başqa ciddi mətləblərdən xəbər verir. Əvvəla sənədlərdə belə xırda problemlərin olması hər təşkilatda mümkündür, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən rus diaspor təşkilatında da. Hesab edirəm ki, burda da erməni izi var. Rusiya dövlətinin ayrı-ayrı qurumlarında həm ermənilərin, həm də ermənipərəst qüvvələrin bizə qarşı apardıqları yeni bir təxribat deyil”. İ. Ağayev onu da qeyd edib ki, “Biz diaspor təşkilatı olaraq Rusiya ictimaiyyətini Azərbaycana qarşı bu və ya digər düşmənçilik mövqeyini sərt qınamağa çağırırıq. Azərbaycanda çoxsaylı rusdilli məktəblər, universitetlər, teatr və ictimai qurumlar fəaliyyət göstərməkdədir. Bu günə qədər Azərbaycan dövləti tərəfindən bu qurumlara qarşı nəinki hansısa bir təziq, əksinə daima dəstək və köməklik göstərilib. İnanıram ki, ÜAK ətrafında yaranmış söz-söhbət tezliklə öz ədalətli həllini tapacaq və bu təşkilat fəaliyyətini daha da uğurla davam etdirəcək”.

 

boyukmillet.com

 

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir