Bazar , 19 May 2024
Drone Cameras

İsmayıl Ağayev : “Ermənilər bu bölgələrdə turizm adı altında diaspor fəaliyyəti aparırlar”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Beynəlxalq Diaspor Mərkəzi (BDM)  və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilib. Qeyd edək ki, son zamanlar Ermənistandan rəsmi şəxşlərin bu bölgələrə səfərlərinin və Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərin mütəmadi hal alması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bununla bağlı Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev boyukmillet.com-a açıqlama verib.

İ. Ağayev açıqlamasında Qars, Van, İğdır və Ağrı bölgələrinin erməni lobbisinin əsas maraq dairəsinə çevrildiyini bildirib: “Bu gün xüsusilə Türkiyənin Qars, Van, İğdır və Ağrı bölgələri erməni lobbisinin əsas maraq dairəsinə çevrilmişdir. Bu ilin aprel ayında Fransada erməni diasporu tərəfindən sözdə “Batı Ermənistan dövləti” – nin elan edilməsi Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Son illərdə bu bölgələrdə ermənilərin fəallığının artdığı diqqət çəkməkdədir. Bu ilin əvvəllərindən başlayaraq bu bölgələrdəki, xüsusilə bələdiyyə sədrlərinin Ermənistanla və hətta qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müxtəlif sahələrdə əlaqələrin qurulmasına təşəbbüs edilməsidir. Hal-hazırda ermənilər bu bölgələrdə turizm adı altında diaspor fəaliyyəti aparırlar. Nəzərə almalıyıq ki, bu bölgələrdə əslən Azərbaycan kökənli soydaşlarımız yaşayır. Buradakı demoqrafiq dəyişiklik və erməni fəaliyyətlərinin qarşısını almaq üçün Azərbaycan dövlətinin təcili tədbirlər görməsi vacibdir. Təbii ki, bu fəaliyyətlər xüsusilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ictimai əlaqələrin inkişafı istiqamətində aparılmalıdır. Biz BDM və ASİM-DER olaraq İğdır, Qars, Van bölgələrində mütəmadi olaraq tədbirlər və geniş layihələr keçiririk.  Qeyd edim ki, bu günlərdə də bir qrup heyət olaraq  Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) və Beynəlxalq Diaspor Mərkəzi (BDM) ilə birgə Van şəhərində bir sıra vacib görüşlər keçirildi. Van şəhər valisi, Van polis rəisi, Van millət vəkili, AKP və MHP-nin Van təşkilat sədrləri ilə görüşlərdə bəzi qurumlar tərəfindən Ermənistanla əlaqələrin qurulmasına etirazımızı bildirdik. Vanın Akdamar adasındakı Akdamar kilsəsini ermənilər həmişə olduğu kimi öz adlarına çıxarırlar və oranın ermənilərə məxsus olduğunu iddia edirlər. Biz Akdamar Kilsəsini ziyarət etdik və Akdamar Kilsəsinin ermənilərə deyil türk-xristian mədəniyyətinə aid olmasın haqqda məlumatlandırma kampaniyası keçirdik. Ermənilər səfərimizdən ciddi narahatlıq keçirdilər və AGOS qəzetində bu barədə məqalə dərc etdilər. 

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …