Bazar ertəsi , 11 May 2026
Drone Cameras

İsrail ABŞ-dan hərbi yardımı azaltmağı planlaşdırır

İsrail ABŞ-dan aldığı hərbi maliyyə dəstəyini azaltmağı hədəfləyir.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu CBS News-a verdiyi müsahibədə bildirib. ABŞ-ın maliyyə dəstəyini azaltmağı düşünüb-düşünmədiyi soruşulduqda, İsrail baş naziri bəli cavabını verib: “Əlbəttə. Mən bunu Prezident  Trampa da dedim. Mən hərbi əməkdaşlığımızın maliyyə komponenti olan Amerika maliyyə dəstəyini sıfıra endirmək istəyirəm. Çünki biz hər il 3,8 milyard dollar alırıq. Və düşünürəm ki, qalan hərbi dəstəkdən imtina etməyin vaxtıdır”.

İsrail baş naziri qeyd edib ki, bu prosesə dərhal başlamaq və onu on il ərzində başa çatdırmaq istəyir.

Qeyd edək ki, 2028-ci ildə müddəti bitəcək hazırkı müqavilə ABŞ-ın hər il İsrailə 3,8 milyard dollarlıq hərbi yardım ayırmasını nəzərdə tutur. Lakin Braun Universitetinin “Müharibənin Xərcləri” Layihəsinə görə, 7 oktyabr 2023-cü il tarixində Qəzza zolağından İsrail ərazisinə HƏMAS yaraqlılarının müdaxiləsindən 2025-ci ilin oktyabr ayınadək ABŞ-ın İsrailə hərbi dəstəyi 21,7 milyard dollardan çox olub. 

Check Also

Paşinyan Ermənistanda mafiyaya qarşı son savaş elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkiləri ölkədə mafiyaya qarşı mübarizənin son mərhələsi adlandırıb. …