Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İsrail ordusu HƏMAS-la Qəzza razılaşmasının pozulması halında istənilən vəziyyətə hazırdır

İsrail Ordusu HƏMAS-ın Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesini pozmaq cəhdinə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“İsrail Müdafiə Ordusu HƏMAS-ın razılaşmanı pozmaq və girovların azad edilməsinə mane olmaq cəhdlərinə qarşı istənilən ssenariyə hazırdır. ABŞ Prezidenti Donald Trampa bizi dəstəklədiyinə görə təşəkkür edirəm. İnsanların tezliklə İsrailə qayıtmasını təmin etmək üçün onunla birlikdə işləməyə davam edəcəyik”, – paylaşımda qeyd edilib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …