Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İsrailin şimalındakı ən böyük şəhərə Livandan raketlər atılıb

İsrail hərbçiləri səhər saatlarında Livandan ölkənin şimalındakı ən böyük şəhər olan Hayfa istiqamətində raket buraxılışı qeydə alıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə beşə yaxın raket buraxılıb, onların hamısı İsrail Hərbi Hava Qüvvələri tərəfindən uğurla məhv edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Bu arada İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Livanda “Hizbullah”ın 200-ə yaxın hədəfinə zərbələr endirib. Vurulan obyektlər arasında reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlərin buraxılması üçün mövqelər, hərbi infrastruktur və “Hizbullah” tərəfdarlarının ayrı-ayrı silahlı birləşmələri var.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …