Cümə , 17 Aprel 2026
Drone Cameras

İstanbuldan uçan təyyarədə koronavirus tapıldı – Sərnişinlər karantinə alındı

İstanbuldan Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərin birində koronavirus tapılıb.

Boyukmillet.com “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi açıqlama yayıb. Sərnişinlərdən birinin koronavirus analizinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən TK55 laynerinin digər sərnişinləri karantin altına alınıb. Məsələ ilə bağlı Türkiyənin Sinqapurdakı səfirliyi xəbərdar edilib.

Qeyd edək ki, indiyədək Sinqapurda 110 nəfərdə koronavirus tapılıb.

Check Also

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai …