Bazar , 11 Yanvar 2026
Drone Cameras

İsveç parlamenti Rusiyadan neft və qaz idxalını dayandırmağa çağırıb

İsveçin birpalatalı parlamenti ölkə hökumətini Rusiyadan enerji təchizatını kəsmək üçün tədbirlər görməyə çağırıb.

Boyukmilet.com bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İsveç hökuməti Rusiya enerji mənbələrinin, xüsusən də təbii qaz və neftin idxalını dayandırmasını təmin etmək üçün tədbirlər görülməlidir”, – bəyanatda deyilir.

Sənəd hökuməti ölkəyə daxil olan idxalı diqqətlə öyrənməyə çağırıb və İsveçin enerji təchizatını təmin etmək üçün mümkün alternativləri nəzərdən keçirməyi tövsiyə edib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …