Bazar , 11 Yanvar 2026
Drone Cameras

İsveçin Malmö şəhərində güclü partlayış baş verib

 İsveçin Malmö şəhərində  güclü partlayış baş verib.

İnsident şəhərin mərkəzində, “Babel” gecə klubunun qarşısında qeydə alınıb.

İlkin məlumata görə, klubun qarşısında partlayıcı qurğu işə düşüb. Bomba binanın əsas giriş qapısının qarşısında partlayıb. Partlayış zamanı klubda heç kim olmayıb.

Qeyd edək ki, sentyabrın 18-ə keçən gecə Malmödə 15 avtomobil yandırılıb. Sentyabrın 25-də isə naməlum avtomobildən açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb.

 

apa.az

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir