Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

Hazırda Avropada yaşayan bloqer Emin Hüseynovun 2014-cü ilin avqustundan cinayət məsuliyyətindən yayınaraq 10 ay ərzində İsveçrənin Azərbaycandakı Səfirliyində gizlənməsi məsələsi geniş müzakirə mövzusuna çevrilib.

Diqqətçəkən məqamlardan biri də Emin Hüseynovun o dövrdəki məzənnə ilə 236 281 ABŞ dolları təşkil edən borcunun İsveçrənin dövlət büdcəsindən, yəni İsveçrə vergi ödəyicilərinin hesabına ödənilməsidir.

Bu məsələ ilə əlaqədar İsveçrə hökumətinin ödədiyi vəsaitin çeki də mövcuddur.

Mediada buna aydınlıq gətirilməsi ilə bağlı İsveçrə səfirliyinə müraciətlər olsa da, hazırkı dövrə kimi səfirlik susqunluğunu davam etdirir.

Xatırladaq ki, 2014-cü il avqustun 14-ü 200 000 AZN-dən artıq məbləğdə vəsaiti vergidən yayındırdığına görə Emin Hüseynov barəsində cinayət işi qaldırılmışdı və o, axtarışa elan olunmuşdu. Bloqer 10 ay səfirlikdə qaldıqdan sonra 2015-ci il iyunun 10-u bu məsələ ilə bağlı Azərbaycana xüsusi səfər etmiş İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsində Azərbaycanı tərk etmişdi.

Check Also

31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. “Report”un məlumatına görə, soyqırım hadisəsindən 108 il …