Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İtaliya sahillərində rusiyalı milyarderin yaxtası batıb

İtaliyanın Katanzaro şəhəri yaxınlığında İon dənizində 40 metrlik yaxta batıb.

Boyukmillet.com “La Gazzetta Del Mezzogiorno” qəzetinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.

Söhbət “Kuzbassrazrezugol” holdinqin ortaq sahibi və “Krutrade” şirkətinin direktorlar şurasının sədri Gennadi Ayvazyana məxsus olduğu iddia edilən “May Saga” yaxtasından gedir.

Hadisə bir neçə gün əvvəl sahildən doqquz dəniz mili aralıda baş verib: yaxta Puglia bölgəsindəki Gelipoli limanını tərk edərək Siciliyanın şimal-şərq sahilindəki Milazzoya gedib.

Xidmətin məlumatına görə, yaxtanın dağıldığı yerdə xilasetmə əməliyyatı həyata keçirilib, 4 sərnişin və 5 ekipaj üzvü xilas edilib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …