Cümə , 17 May 2024
Drone Cameras

İtaliya və Argentina Maradonanın xatirəsinə yoldaşlıq matçı keçirəcək

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Boyukmillet.com “New York Times” nəşrinə istinadən xəbər verir ki, görüşün Neapol şəhərində mərhum hücumçunun adını daşıayn “Dieqo Armando Maradona” stadionunda oynanılması nəzərdə tutulub.

İtaliya Avropa çempionatının, Argentina isə Amerika Kubokunun qalibi olub. Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) iki kollektiv arasında oyun təşkil etmək üçün UEFA-ya müraciət edib.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də dünyasını dəyişib.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …