Cümə , 27 Dekabr 2024
Drone Cameras

Jurnalistlərin parlamentə buraxılmadığı bildirilir

Milli Məclis məlumatı təkzib etsə də, jurnalistlər əksini deyir

Jurnalistlərin Milli Məclisin noyabrın 29-da keçirilən növbəti plenar iclasına buraxılmadıqları bildirilir.

Bu barədə jurnalist Aytən Məmmədova istifadəçisi olduğu sosial şəbəkədə yazıb.

“Yəqin, spiker Sahibə (Qafarova-red.) xanım keçən iclasda olanlara görə deputatları danlayır ki, bura problem danışmaq yeri deyil, inkişafdan danışmaq lazımdır. Məclis xalqın məclisi olmayanda belə olur”, – jurnalist qeyd edib.

Jurnalist Murtuza Bünyadlı da Milli Məclisə buraxılmadığı haqda sosial şəbəkədə yazıb.

“Belə parlament olar? Jurnalisti qapı ağzında saxlamaq nə deməkdir? Sadəcə, deməyə söz yoxdur”, – Murtuza Bünyadlı bildirib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Mehman Qayıbov Meydan TV-yə deyilənləri təkzib edib.

“Jurnalistlər bu gün hamısı parlamentdədir, Milli Məclisi gedir. İclası işıqlandırıblar. İndi də komitənin iclası olacaq, onu işıqlandıracaqlar”, – mətbuat xidmətindən bildirilib.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib:

“Qayda var, akreditə olan jurnalistlər plenar iclaslarda, komitə iclaslarında iştirak edə bilirlər”.

Check Also

Şura: Matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq. Bu barədə “Report”un sorğusuna cavab …